Azərbaycanın 2 universiteti dünya reytinqinə daxil olub

RUR reytinq agentliyi (Reputation World University Ranking)  Clarivate Analytics beynəlxalq şirkəti ilə birgə  ali məktəblərin növbəti nüfuz reytinqini dərc edib.  RUR reytinqinə 74 ölkədən 783 universitet daxil olub. Ali məktəblər dörd istiqamət üzrə qruplaşdırılmış 20 indikator - tədrisin  keyfiyyəti (40%), tədqiqatların keyfiyyəti (40%), beynəlmiləlləşdirmənin səviyyəsi (10%),  maliyyə sabitliyi səviyyəsi  (10%) üzrə qiymətləndirilib. Reytinqdə aparıcı yerləri Amerika universitetləri tutub. Sıralamaya topladığı 100 mütləq balla Harvard Universiteti başçılıq edir. İkinci sırada Massaçusets Texnologiya İnstitutu, üçüncü yerdə  isə Stanford Universiteti qərarlaşıb. Rusiyanın ali məktəblərindən ən yaxşı mövqeni 45-ci sıra ilə M.V. Lomonosov adına Moskva Dövlət Universiteti  nümayiş etdirib.

   

Reytinqdə ölkəmiz  Bakı Dövlət Universiteti (686-cı yer) və  Azərbaycan Memarlıq və İnşaat  Universiteti (762-ci yer) ilə təmsil olunub.
 

Oruc MUSTAFAYEV



12.09.2018 | 16:11