ADAU-da yeni tədris ilinə hazırlıq işləri aparılır

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) yeni tədris ilinə hazırlıq işləri sürətlə davam edir.



Universitetdən bildirilib ki, hazırlıq işləri çərçivəsində ali təhsil ocağının Tələbə evləri, Baytarlıq və Aqronomluq korpusları ərazisində asfalt örtüyü yenilənir. Həmçinin, bütün fakültələrin yerləşdiyi binalarda auditoriyaların və avadanlıqların sazlıq vəziyyəti yoxlanılır.

 

 



05.09.2022 | 09:35