Apellyasiya müsahibələrinin keçiriləcəyi tarix açıqlanıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib.

 

Apellyasiyaya müraciət etmiş namizədlər üçün müsahibələr 7-8 sentyabr tarixlərində “Microsoft Teams” platforması üzərindən onlayn təşkil olunacaq. Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

 

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş təlimatla tanış olmağı tövsiyə olunur.

 

Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!

 

 



05.09.2022 | 09:54