ADPU-nu seçən yüksək ballı abituriyentlərin sayı artıb

Məlumdur ki, ali məktəblərə bu ilki tələbə qəbulunun nəticələrinə əsasən, müəllimlik ixtisaslarının keçid balı digər prestijli ixtisasları üstələyib. Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) kifayət qədər yüksək balla qəbul olunan tələbələr var. Universitetdən bildirilib ki, bu il ADPU-ya qəbul olunan tələbələrin 206 nəfəri 500 baldan, 5 nəfər 600 baldan yuxarı nəticə göstərib. Universitetə ən yüksək balla qəbul olunan abituriyent 651.9 bal toplayıb.

 

ADPU 600 baldan yüksək nəticə göstərmiş tələbələri tanıdır:

 

Zümrüd Tağızadə- 651.9 balla ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. 

Sevinc Nağıyeva- 617.1 balla ADPU-nun  Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. O, Ağcabədi rayonu M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin məzunudur.

Ləman Məmmədova- 616.3 balla ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunudur.

Tünzalə Abuzərova- 607,9 balla ADPU-nun Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olunub. O, Ağsu rayonu Ərəbmehdibəy kənd tam orta məktəbinin məzunudur.

Fatimə Hüseynova- 601 balla ADPU-nun Riyaziyyat müəllimliyi ixtisasına qəbul olunub. F.Hüseynova Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 nömrəli məktəbin məzunudur.

 



08.09.2022 | 13:06