UTECA bakalavr qəbulu göstəricisi ilə ikinci yerdə qərarlaşıb

2022-2023-cü tədris ili üzrə bakalavriat səviyyəsinə tələbə qəbulu nəticələrinə əsasən, Azərbaycan Texnologiya Universiteti (UTECA) 9 region ali təhsil müəssisəsi arasında ikinci yerdə qərarlaşıb.

 

Dövlət İmtahan Mərkəzinin plan yerlərinin yerinə yetirilməsi üzrə ən yüksək nəticə göstərən universitetlər siyahısında UTECA bölgə universitetləri arasında Sumqayıt Dövlət Universitetindən sonra ikinci yeri tutub. Qeyd edək ki, siyahıda yalnız iki region universiteti yer alıb.


Bu il UTECA-nın  qəbul planında 1005 yer nəzərdə tutulub ki, bundan 970 plan yeri dolub. 97% bakalavr qəbulu müstəqillik dövründən bəri universitetdə qeydə alınan ən yüksək göstəricidir.

 

Bu barədə UTECA-dan bildirilib.

 

 

 



08.09.2022 | 14:08