BDU-da 4000-dən çox abituriyent qeydiyyat prosesini başa vurub

Bakı Dövlət Universitetində (BDU) yeni qəbul olan tələbələrin qeydiyyat prosesi davam edir.

 

Universitetdən bildirilib ki, bakalavriat səviyyəsi üzrə BDU-ya qəbul olan şəxslərin qeydiyyat prosesinə 2 sentyabr tarixindən başlanılıb. Abituriyentlər https://portal.edu.az/ sistemində qeydiyyatdan keçərək müraciət edirlər. Sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan, portaldan istifadə edə bilməyən şəxslərin qeydiyyatdan keçməsi üçün BDU-da şərait yaradılıb. Artıq 4000-dən çox abituriyent qeydiyyat prosesini başa vuraraq, BDU ailəsinin bir üzvünə çevrilib. Onlardan 97%-i əyani təhsilalma forması üzrə, 89%-i dövlət sifarişi əsasında təhsilini davam etdirəcək. Qeydiyyatdan keçən abituriyentlərin 71%-ni qızlar, 39%-ni oğlanlar təşkil edir. Onlardan 30%-dən çoxu 500-dən artıq bal toplayaraq tələbə adını qazanıb.

 

Məlumat üçün bildiririk ki, elektron sistem üzrə qeydiyyat 12 sentyabr saat 23:59-da başa çatacaq.

 



08.09.2022 | 17:41