Mingəçevir Dövlət Universitetində “Oriyentasiya Günü” keçiriləcək

Mingəçevir Dövlət Universitetinə (MDU) yeni qəbul olunmuş tələbə və magistrantlar üçün “Oriyentasiya Günü” təşkil olunacaq.

 

Universitet MDU ailəsinə yeni qoşulan bütün gəncləri “Oriyentasiya Günü”ndə iştiraka dəvət edib.

 

Tanışlıq günündə tədris binaları, tədris prosesi, imtahanların təşkili, beynəlxalq mübadilə proqramları, tələbə təqaüdləri, MDU-nun kitabxanaları, tələbə təşkilatları, könüllülük fəaliyyəti və İdman-Sağlamlıq Kompleksi haqqında və digər məlumatlar veriləcək.

 

“Oriyentasiya Günü”ndə fakültə dekanlıqlarının əməkdaşları, müəllimlər, akademik məsləhətçilər (tyutor), tələbə təşkilatının fəal üzvləri, tələbə-könüllülər universitetlə tanışlıq prosesinə dəstək göstərəcəklər.

 

Qeyd edək ki, “Oriyentasiya Günü”  14 sentyabr saat 09:00-dan 18:00-dək MDU-nun hər iki korpusunda keçiriləcək.

 



12.09.2022 | 10:00