I sinif və məktəbəhazırlıq qruplarına qeydiyyat sabah yekunlaşır

14 sentyabr saat 18:00-da mektebeqebul.edu.az elektron sistemində 2022-2023-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi yekunlaşdırılacaq.
 


Elektron sistemdə qeydiyyat etməyən valideynlər göstərilən tarixədək övladlarının qeydiyyatını etməli və müvafiq ümumi təhsil müəssisəsinə sorğu yerləşdirməlidirlər.

 

 



13.09.2022 | 18:46