2022-2023-cü tədris ilində bir nəfər HTP çərçivəsində Qazaxıstanda təhsil almaq hüququ qazanıb

“Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə uyğun olaraq, bir nəfər Azərbaycan Respublikası vətəndaşı 2022-2023-cü tədris ili üzrə Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

 

Sözügedən şəxs Qazaxıstanın nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University”də magistratura səviyyəsində loqistika sahəsi üzrə təhsil almaq hüququ qazanıb.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 16 mart tarixində dərc edilib.

 

 



16.09.2022 | 11:28