UTECA əməkdaşlarının maaşları artırılıb

Azərbaycan Texnologiya Universiteti (UTECA) əməkdaşlarının maaşları artırılıb. Bu barədə Elmi Şuranın iclasında qərar verilib.


İclasın gündəliyində olan məsələlərdən biri əmək haqqına baxılması olub. Elmi Şura sədri, rektor əvəzi, dosent Yaşar Ömərov bildirib ki, əməkdaşların sosial təminatının daha da yüksəldilməsi aktual məsələlərdəndir və son vaxtlar universitetdə aparılan islahatlar nəticəsində mövcud büdcə məvacibləri müəyyən qədər artırmağa imkan verir.
 

Ali təhsil ocağının maliyyə imkanları bir daha müzakirə edildikdən sonra şura üzvlərinin səs çoxluğu ilə universitet əməkdaşlarının əməkhaqları 20% artırılıb.
 

Oktyabr ayından etibarən Azərbaycan Texnologiya Universiteti işçilərinin əməkhaqları artımla veriləcək.

 



19.09.2022 | 16:00