36 nəfər təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb

Rezidenturaya boş qalan plan yerlərinə, eləcə də Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerlərinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan olunub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

 

Boş qalan 38 plan yeri (Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsi üçün nəzərdə tutulmuş plan yerləri daxil olmaqla) üzrə 73 namizəd müsabiqədə iştirak edib. Onlardan 36 nəfər rezidenturaya qəbul olub.

 

Rezidenturaya qəbul olmuş namizədlər 21 sentyabr saat 14:00-dan 26 sentyabr 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

 

Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi  internet saytında veriləcək.

 

Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.

 



20.09.2022 | 16:46