“Balaca Yazarlar Birliyi”nin üzvləri qalib olublar

Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının “Balaca  Yazarlar Birliyi”nin  üzvləri- Teatr şöbəsinin  istedadlı, yaradıcılıq qabiliyyətinə malik şagirdləri Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının təşkil etdiyi “Gənc istedadların XIX beynəlxalq müsabiqəsi”nin “Nəsr” nominasiyasında qalib  adını qazanıblar.  

 

Qeyd edək ki, layihənin rəhbəri Gimnaziyanın müəllimi Aysel Fikrət olub.  Müsabiqənin iştirakçıları  olan  Aysunay Zeynalova I, Həmid Hacıbəyov II, Məhəmməd Musayev  isə  III  yerləri  tutaraq  diplomlarla  mükafatlandırılıblar.

  

Sifai SƏFƏROVA

 

 



22.09.2022 | 14:30