DİM “İnformatika” vəsaitinin təkmilləşdirilmiş II nəşrini çap edib

“İnformatika” vəsaitinin I nəşri bu ilin iyun ayında çap edilib və ictimaiyyətə təqdim olunub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, vəsaitin təkmilləşdirilmiş II nəşri çapa hazırlanarkən ictimaiyyətdən daxil olan rəylərə, qeyd və təkliflərə həssaslıqla yanaşılıb və DİM-də fəaliyyət göstərən fənn üzrə işçi qrupunda müəlliflərin iştirakı ilə geniş müzakirə olunub. Qeyd və təkliflər vəsaitdə nəzərə alınıb.

 

Məlumat üçün qeyd edək ki, abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş “İnformatika” vəsaiti qəbul proqramına daxil edilmiş bütün mövzuları əhatə edir. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları, bölmənin sonunda isə yekunlaşdırıcı tapşırıqlar verilib. 

 

Vəsaiti "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

 

 



23.09.2022 | 14:23