Naxçıvan Dövlət Universitetinin fəalları qrant müsabiqəsinin qalibi olub

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

 

Qalib layihələr arasında Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri də var.

 

Universitetdən bildirilib ki, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının I regional konfransı”, sədr müavini Sevindik Novruzzadənin “Xarıbülbül kuboku uğrunda Nə? Harada? Nə zaman? intellektual oyunu”, sədr müavini Adəm Məmmədovun “TAP-MAT intellektual şahmat oyunu üzrə birincilik” və Tələbə Gənclər Təşkilatının fəalı Bağdagül Cəfərlinin “Debat Çempionatı” layihələri müsabiqənin qalibi olub.

 

Qeyd edək ki, Tələbə Gənclər Təşkilatının qeyd edilən 4 layihəsi üçün  (Əziz Qasımov 2500,  Bağdagül Cəfərli  2400, Sevindik Novruzzadə 2100, Adəm Məmmədov 1800 manat) 8800 manat qrant ayrılıb.

 

 



06.10.2022 | 16:40