Rektor yüksək bal toplayan tələbələrlə görüşüb

2022-2023-cü tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarında yüksək bal toplayaraq Gəncə Dövlət Universitetinə (GDU) daxil olan tələbələrlə görüş keçirilib.

 

GDU-nun rektoru Yusif Yusibov gəncləri qazandıqları uğurlar münasibətilə təbrik edib, universitetdə görülən işlərdən, eləcə də burada tədrisin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitdən danışıb. Qeyd edib ki, ali məktəbin müasir tədris korpusları, kitabxanası, laboratoriyası mövcuddur, həmçinin müasir yataqxana da tələbələrin ixtiyarındadır.

  

Görüşdə GDU-nun tədris işləri üzrə prorektoru, dosent Şahin Xurşudov, humanitar məsələr üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov çıxış edərək, yüksək nəticə ilə universitetə qəbul olan tələbələrə uğurlar arzulayıblar.

 

Sonda gənclərə tələbə biletləri təqdim edilib, onlara hədiyyələr verilib.

 

 



10.10.2022 | 13:23