“Alumni Talks” silsiləsi çərçivəsində UFAZ məzunları ilə ilk görüş

Azərbaycan-Fransız Universitetində (UFAZ) “Alumni Talks” silsiləsi çərçivəsində UFAZ məzunları ilə ilk görüş keçirilib.

 

UFAZ-ın Geofizika mühəndisliyi ixtisası üzrə məzunları Cavidan Kərimli, Zöhrə Hacızadə, Rəşid Əhmədli və Ləman Əliyeva öz universitet və karyera təcrübələrini hazırda müxtəlif ixtisaslarda təhsil alan UFAZ tələbələri ilə bölüşüb, daha sonra onların suallarını cavablandırıblar.

 

“Alumni Talks” silsiləsinin məqsədi UFAZ tələbələrini təcrübə və karyera imkanları, o cümlədən təhsil imkanları və magistratura səviyyəsində qəbul prosesi haqqında məlumatlandırmaqdır.

 

 



11.10.2022 | 12:44