ULVI komandası NASA-da Azərbaycanı təmsil edəcək

Bakı Ali Neft Məktəbinin (BANM) komandası növbəti dəfə Azərbaycanı "NASA Human Exploration Rover Challenge" (NASA HERC 2023) müsabiqəsində təmsil etmək hüququ qazanıb.

 

Ali Məktəbdən bildirilib ki, 15 nəfərdən ibarət ULVI komandası seçim turunu uğurla yekunlaşdırıb. Beləliklə, onlar müraciətlərinin ikinci ilində də Azərbaycanı növbəti dəfə təmsil etmək hüququ əldə ediblər.

 

Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Kanada, Sinqapur, Braziliya, Meksika, Dominikan Respublikası, Peru, Kolumbiya, Puerto-Riko, Hindistan və Boliviya kimi ölkələrdən, ümumilikdə 61 komanda iştirak edəcək. BANM-in komandası yarışda Azərbaycanı təmsil edən yeganə komandadır.

 

Qeyd edək ki, “NASA Human Exploration Rover Challenge” hər il orta məktəb şagirdləri və universitet tələbələri üçün simulyasiya edilmiş Ay və Mars ərazisi üzərində insan gücü ilə işləyən, qatlana bilən nəqliyyat vasitələrinin dizaynı, qurulması və yarışının cəmləndiyi bir müsabiqədir. Ötən il də BANM tələbələri NASA HERC tarixində ilk dəfə Azərbaycanı finalda təmsil edərək sertifikatla təltif olunmuşdular.



11.10.2022 | 15:22