Azİİ e-Kitab Evinin bir neçə qurumun kitab evi ilə əməkdaşlığının əsası qoyulub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi  Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində  fəal iştirakına görə Mədəniyyət Nazirliyi tərəfindən sertifikatla təltif olunub.

 

ADNSU-dan bildirilib ki, 5 gün davam edən kitab sərgisində 70 adda maraqlı eksponatla təmsil olunan Azİİ e-Kitab Evinin kitab fonduna bir çox təşkilatlar tərəfindən kitablar hədiyyə olunub. Bundan əlavə, bir neçə kitabxana ilə, o cümlədən Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsinin Kitab evi, həmçinin Paşa Həyat və İrs nəşriyyat evi ilə əməkdaşlığın əsası qoyulub. 

 

 



12.10.2022 | 11:12