Paytaxtda 2 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmirdən sonra istifadəyə verilib

Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində “Çiçək” körpələr evi-uşaq bağçasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı şəkildə yenidən qurulan “Çiçək” körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri (BŞTİ) Mehriban Vəliyeva iştirak edib.

 

1967-ci ildən fəaliyyət göstərən bağçada hazırda 7 qrup var. Bağçada 2 yaşdan 6 yaşadək 100 uşağın təlim-tərbiyəsi ilə 35 nəfər məşğul olur.

 

***

 

Paytaxtda 215 nömrəli körpələr evi-uşaq bağçasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.

 

Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova, BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə əsaslı təmirdən sonra istifadəyə verilən bağça ilə yaxından tanış olublar.

 

Binəqədi rayonunda yerləşən 215 nömrəli körpələr evi-uşaq bağçası 1981-ci ildə fəaliyyətə başlayıb. Əsaslı təmir işlərindən sonra bağçada fəaliyyət göstərən qrupların sayı 12-yə çatdırılıb.

 

Hazırda bağçada 2 yaşdan 6 yaşadək 154 uşağın təlim-tərbiyəsi ilə 56 nəfərdən ibarət peşəkar heyət məşğul olur.

 

 



12.10.2022 | 10:30