Könüllülük Proqramına sənəd qəbulu başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş VII Könüllülük Proqramına sənəd qəbulu başa çatıb.

 

VII Könüllülük Proqramında iştirak etmək üçün 100-dən çox könüllü elektron ([email protected]) qaydada sənəd verib.

 

Onlardan müvafiq meyarlar üzrə uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

 

Müsahibədən uğurla keçən şəxslər noyabr ayından etibarən BŞTİ-nin struktur bölmələrində 3 ay səmərəli təcrübə keçmək imkanı qazanacaqlar.

 

Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2014-cü ildən etibarən könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək İdarə tərəfindən həyata keçirilmiş Könüllülük Proqramlarında 200 nəfərə yaxın gənc iştirak edib. Onlardan 19 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır.

 

 



17.10.2022 | 15:25