Təhsil və peşə mərkəzlərinin fəaliyyətinə həsr olunmuş sərgi

Təhsil və peşə mərkəzlərinin birinci tanıtım sərgisi təşkil edilib.

 

Sərgidə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, həmçinin Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edib.  

 

Sərginin məqsədi təhsil və peşə mərkəzlərinin fəaliyyəti və xidmətləri haqqında ictimaiyyəti məlumatlandırmaq olub.

 

Təhsili və karyerası ilə bağlı yeni qərarlar vermək istəyən şəxslər tədbirdə təhsil və peşə mərkəzlərinin xidmətləri haqqında ətraflı məlumat alıblar. Sərgi peşə təhsil müəssisələri üçün də öz xidmətlərini daha geniş auditoriyaya çatdırmaq fürsəti yaradıb.

 

Sərgidə, həmçinin tələbələrin əl işləri qonaqlara nümayiş etdirilib.

 

Qeyd edək ki, sərgi Gənclər və İdman Nazirliyi Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialının tərəfdaşlığı ilə keçirilib.

 

Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Nəzrin SEYİDƏLİYEVA 

 



18.10.2022 | 13:16