Geofizika mühəndisliyi ixtisasının tələbələri üçün geoloji sahə təcrübəsi başlayıb

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Geofizika mühəndisliyi ixtisası üzrə bakalavr tələbələri Pirəkəşküldə geoloji çöl işlərinə başlayıblar. Onlar Bakı ərazisini gəzərək, həmçinin Xızı, Qırmaqı və Yasamal ərazisinə səfər edəcəklər. Təcrübənin məqsədi nəzəri bilikləri praktikiya tətbiq etməkdir. Təcrübəyə nəzarət edən müəllimlər Strasburq Universitetindən Quentin Boesch, Nigar Kərimova və Klara Jodry UFAZ-da Yer Elmləri üzrə bakalavr və magistr proqramlarının koordinatorlarıdır.

 

Səfər müddətində tələbələr süxurların növünü fərqləndirməyi, çöküntü fiqurlarını və geoloji strukturları müəyyən etməyi, sonra ərazinin geoloji tarixini yenidən qurmağı öyrənəcəklər. Bu iş geo resursların necə yaradıldığını və onların harada tapıla biləcəyini başa düşmək üçün vacibdir. 

 

Bu barədə UFAZ-dan bildirilib.

 

 



18.10.2022 | 16:02