ADNSU ilə Nəcməddin Ərbakan Universiteti arasında memorandum imzalanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti Nəcməddin Ərbakan Universitetinin rektoru, professor Cem Zorlunun dəvəti ilə Türkiyəyə rəsmi səfəri çərçivəsində həmin universitetdə olub. Nəcməddin Ərbakan universitetinin kampus və elmi tədqiqat layihələri ilə tanışlıqdan sonra iki ali məktəb arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüş keçirilib. Görüşdə ikitərəfli əlaqələrin müxtəlif aspektlərinə dair əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.

 

Rektorlar M.Babanlı və C.Zorlu universitetlər arasında akkreditə olmuş ixtisaslarda ikili diplom layihələri, bəzi ixtisaslarda dəvətli professorların çağırılması və müştərək ikili məqsədli elmi layihələrin işlənib hazırlanması, DATA Mərkəzi, elektron kitabxana, startap, transfer texnologiyaları mərkəzləri arasında əlaqələrin qurulması və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan memorandum imzalayıblar.

 



18.10.2022 | 17:42