ADNSU və Konya Texniki Universiteti birgə elmi layihələr üzərində işləyəcək

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı və rəhbərlik etdiyi nümayəndə heyəti  Konya Texniki Universitetini ziyarət edib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı və Konya Texniki Universitetinin rektoru, professor Nuri Osman Çelik arasında keçirilmiş görüşdə universitetlər arasında gələcəkdə birgə elmi layihələrin işlənib hazırlanması, müxtəlif təcrübə və mübadilə proqramlarının həyata keçirilməsi müzakirə edilib.

 

 



19.10.2022 | 14:13