“Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda konfrans

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsində Gənc Vətənpərvərlər İctimai Birliyinin  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gəncləri zərərli vərdişlərdən çəkindirmək və onlarda vətənpərvərlik hislərini gücləndirmək” adlı layihə çərçivəsində müəllim və tələbələrin iştirakı ilə “Gənclər zərərli vərdişlərə yox deyir” mövzusunda konfrans təşkil olunub.

 

Konfransda ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı, dosent Elnarə Mehbalıyeva, Analitik və üzvi kimya kafedrasının müdiri, professor Əli Zalov, layihə rəhbəri Muğan Əliyev, mütəxəssis Pərvanə Əzimova və daxili işlər orqanlarının nümayəndələri iştirakçılara narkotik və psixotrop vasitələrin zərərləri ilə bağlı ətraflı məlumat veriblər.

 

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Sonda iştirakçılara maarifləndirici materiallar təqdim olunub, fəal iştirakçılar sertifikatlarla təltif ediliblər.

 

 



26.10.2022 | 16:03