Pedaqoji Universitetdə “Vətən tarixi” adlı bilik yarışması

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ADPU-nun baza məktəbi olan M.Rahim adına 7 nömrəli tam orta məktəbin əməkdaşlığı, eləcə də ADPU Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə ali təhsil ocağında məktəblilər arasında Zəfər Gününə həsr olunmuş “Vətən tarixi” adlı bilik yarışması keçirilib.

 

Tədbiri giriş sözü ilə açan universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev Vətən müharibəsinin ölkəmiz, xalqımız üçün tarixi əhəmiyyətindən bəhs edərək, gənclərimizi bu cür vətənpərvər layihələrdə görməkdən fəxarət hissi duyduğunu bildirib, ali məktəblə 7 nömrəli məktəb arasında əməkdaşlığın mütəmadi xarakter daşıyacağını qeyd edib.

 

Şagirdlərin iştirakı ilə baş tutan yarışda vətənpərvər ruhda müxtəlif intellektual suallar səsləndirilib.

 

Sonda ilk üç yeri tutan şagirdlər- İsmayıl İbrahimli, Hüseyn Tağıyev və Mahmud Məlikzadə diplomla təltif olunublar.

 

 



27.10.2022 | 13:06