“Yeni uğurlu layihələr yeni imkanlar yaradır”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Avropa Birliyi tərəfindən maliyyələşdirilən “XXI əsrdə sağlam və təhlükəsiz iş üçün sahələr arası bacarıqlar” layihəsi çərçivəsində tərəfdaşlarla görüş keçirilib.

 

Tədbirdə layihə tərəfdaşları olan Qərbi Ukrayna Milli Universiteti (Ukrayna), Zaporojya Milli Politexnik Universiteti (Ukrayna), Kiyev Milli İnşaat və Memarlıq Universiteti (Ukrayna), Bilbao Universiteti (İspaniya), KU Leuven Universiteti (Belçika), Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak ediblər. Görüşdə ADNSU-nun beynəlxalq əməkdaşlıq üzrə prorektoru, dosent Rafiq Camalov qonaqları salamlayaraq görüşün əhəmiyyətindən, əməkdaşlıqla bağlı layihələrin icrasından danışıb.

 

Sonra ADNSU-nun rektoru, professor Mustafa Babanlı qonaqları qəbul edib. Qarşılıqlı əməkdaşlıqdan bəhs olunan görüşdə bu əlaqələrin daha da genişləndirilməsi, birlikdə yeni uğurlu layihələrin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

 



28.10.2022 | 15:09