Britaniya Şurasının nümayəndələri ADPU-da olub

Britaniya Şurasının (BŞ) Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva və Şuranın imtahanlar üzrə meneceri Nərgiz Əkbərova Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət ediblər.

 

Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova,  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və şöbənin mütəxəssisi Rufanə Əhmədova iştirak ediblər.

 

Rektor ADPU-nun tarixi, strukturu, təhsil proqramları barədə  məlumat verib və gələcəkdə Britaniya universitetləri ilə də əlaqələrin yaradılmasının ali məktəbin beynəlxalq əlaqələri baxımından əhəmiyyətli olduğunu qeyd edib.

 

BŞ-nin Azərbaycan üzrə direktoru N.Hacıyeva Şuranın Azərbaycandakı fəaliyyəti, həyata keçirdiyi tədbirlər, proqramlar haqqında universitet rəhbərliyini məlumatlandırıb.

 

Eyni zamanda, Britaniya Şurası tərəfindən həm müəllimlərin, həm də tələbələrin ingilis dili biliyinin qiymətləndirilməsi üçün müxtəlif proqramların mövcudluğu  qeyd olunub və bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.

 

 

 



28.10.2022 | 17:03