“Çətin məktəbli” layihəsi çərçivəsində vebinar

Dağlıq Şirvan Regional Təhsil İdarəsi Ağsu rayon Kəndoba kənd tam orta məktəbində  Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Çətin məktəbli” layihəsi üzrə vebinar keçirilib.

 

Valideynlərin və məktəblilərin iştirak etdiyi tədbirdə layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin tarix müəllimi Elnur Kərimli layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, "Layihə çərçivəsində psixoloji-pedaqoji təsir metodlarının köməyi ilə çətin tərbiyə olunan şagirdlərlə iş aparmaq, yeniyetmələr arasında qanun pozuntusu hallarının azaldılması, intihar hallarının, intihara aparan səbəblərin aradan qaldırılması kimi hədəf istiqamətlər müəyyən edilib. Ağsu rayonu Kəndoba kənd tam orta məktəbində yaradılmış “Məktəb-Valideyn Assosiasiyası”nın tədbirlər planına uyğun olaraq “Səriştəli valideyn” proqramı tərtib edilib. Proqram çərçivəsində 1000 ədəd maarifləndirici flayer hazırlanaraq Ağsu rayon ümumtəhsil məktəblərinin şagirdlərinə təqdim olunub.

 

Peşəkar təlimçi tərəfindən layihə çərçivəsində tematik vebinarların keçirilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, layihənin sosial şəbəkədə səhifəsi yaradılıb. Tədbirdə çətin tərbiyə olunan və yeniyetməlik dövrünü çətin keçirən məktəblilər üçün stimullaşdırıcı psixoloji yardım vasitəsi- sosial media hesabı barədə məlumat verilib, maarifləndirici flayerlər məktəblilərə təqdim olunub.

 

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb.

 



31.10.2022 | 13:23