Tələbələr Mingəçevir Sənaye Parkına ekskursiya ediblər

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin Mexanika kafedrasının təşkilatçılığı ilə Sənaye mühəndisliyi ixtisasının I kurs tələbələri Mingəçevir Sənaye Parkında (MSP) fəaliyyət göstərən “Mingəçevir Tekstil” MMC-yə ekskursiya ediblər. Tələbələri universitetin bir qrup akademik heyət üzvü və müəssisənin müvafiq əməkdaşları müşayiət ediblər.

 

Universitet-sənaye işbirliyi çərçivəsində təşkil olunan ekskursiyanın məqsədi Sənaye mühəndisliyi ixtisası üzrə MDU-ya yeni qəbul olan tələbələri istehsalat mühiti ilə tanış etmək və praktiki olaraq onların dünyagörüşünü inkişaf etdirməkdir.

 

Ekskursiya zamanı universitet kollektivi “Mingəçevir Tekstil” MMC-də müasir texnoloji avadanlıqlar, laboratoriya və  istehsalat prosesi ilə tanış olub, müəssisənin fəaliyyət planı, məhsul istehsalı və satışı, işçilərin bilik və bacarıqlarının artırılması üzrə görülən işlər və gələcək planlar barədə məlumat əldə ediblər.

 

Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb.

 



01.11.2022 | 16:40