Tələbələr arasında “Şuşa İli”çərçivəsində tərcümə müsabiqəsi

Gəncə Dövlət Universitetinin (GDU) Xarici dillər fakültəsində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində “Şəhidlər ölmür” adlı yazılı tərcümə müsabiqəsi keçirilib.

 

GDU-nun humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və universitetin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov müsabiqə iştirakçılarına uğurlar arzulayıb, bu təşəbbüsü yüksək qiymətləndirib və tələbələri  ictimai həyatda fəal olmağa çağırıb. Qeyd edilib ki, gənclərin vətənpərvər ruhda yetişməsi qürurverici haldır.

 

Müsabiqə çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidləri haqqında yazılar xarici dillərə tərcümə olunub. Müsabiqənin nəticələrinə görə 1-ci yerə çıxan Nübar Fərzəliyeva Fəxri Fərmanla təltif edilib və ona pul mükafatı verilib. Svetlana Hüseynova 2-ci, Ayxan Əliyev isə 3-cü yeri tutaraq Fəxri Fərmanla təltif olunub.

 



02.11.2022 | 12:40