BANM komandası "Biz Neftçiyik!" adlı olimpiadanın qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Ramin Əsgərlinin kapitanı olduğu komanda "Biz Neftçiyik!" adlı olimpiadanın qalibi olub. "Davam" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilən olimpiada neft-qaz sənayesi mövzusuna həsr edilib.

 

Olimpiadada Azərbaycan universitetlərinin tələbələrindən ibarət komandalar yarışıb.

 

Qaliblərə sertifikat və hədiyyələr təqdim olunub.

 

 



02.11.2022 | 14:13