Orta Doğu Texniki Universitetinin rektoruna ADNSU-nun fəxri doktoru diplomu təqdim olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Elmi Şuranın növbədənkənar iclasında Türkiyənin Orta Doğu Texniki Universitetinin (ODTU) rektoru, professor Mustafa Verşan Kökə ADNSU-nun fəxri doktoru diplomu təqdim olunub.

 

Mərasimdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı Mustafa Verşan Kökün həyat və yaradıcılığı, təhsili və elmə verdiyi töhfələr haqqında Şura üzvlərinə məlumat verib, sonra qonağa ADNSU-nun fəxri doktoru diplomunu təqdim edib.

 

Azərbaycanda olmaqdan məmnunluğunu deyən Mustafa Verşan Kök ona göstərilən etimada, verilən yüksək dəyərə görə Şura üzvlərinə və universitet rəhbərliyinə minnətdarlığını bildirib.

 

Sonda tədbirdə iştirak edən  ADNSU və ODTU məzunlarının  çıxışları dinlənilib.

 



06.11.2022 | 12:27