Elm və təhsil naziri Macarıstan səfiri ilə görüşüb

Noyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev Macarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma ilə görüşüb. 

 

Nazir Macarıstan hökumətinin “Stipendium Hungaricum” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına ayırdığı təhsil təqaüdünə görə səfirə təşəkkürünü bildirib, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluğunu ifadə edib.

 

Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

 



11.11.2022 | 16:00