ADNSU əməkdaşları Türkiyənin Nəcməddin Ərbakan Universitetində

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Cihaz mühəndisliyi kafedrasının müdiri, texnika elmləri doktoru Lalə Bəkirova və kafedranın müəllimi Səbinə Əliyeva Türkiyədə səfərdə olublar.

 

ADNSU ilə Türkiyənin Nəcməddin Ərbakan Universiteti arasında imzalanmış memorandum əsasında Türkiyəyə dəvət olunan universitet əməkdaşları səfər çərçivəsində Antalya AKEV Universitetində MIMCS-2022 Beynəlxalq konfransında iştirak ediblər.  

 

Nəcməddin Ərbakan Universitetinin prorektoru, professor Oğuz Doğanla görüşdə iki ali məktəb arasında imzalanmış memorandum yüksək qiymətləndirilib və birgə layihələrin uğurlu nəticələrlə yekunlaşacağına inam ifadə olunub.

 

Səfər zamanı ADNSU əməkdaşları Nəcməddin Ərbakan Universitetinin tələbələri ilə də görüşüb. Həmçinin təcrübə işləri üzrə məhsul şəxslərlə hər iki tərəfdaş universitetin tələbələri üçün birgə təcrübə keçmək planları müzakirə olunub.

 

 



15.11.2022 | 15:12