ABŞ-ın Merilend Universitetinin nümayəndəsi GDU tələbələri ilə görüşüb

ABŞ-ın Merilend Universitetinin Baltimor qraflığı   Beynəlxalq  Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Gəncə Dövlət Universitetinin (GDU) tələbələri ilə görüşüb.

 

ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən görüşdə  Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən universitetlər haqqında ətraflı məlumat verilib və  sözügedən ali məktəblərə qəbul olmaq üçün şərtlər izah edilib. Bununla yanaşı, universitetlər arasında əməkdaşlığa dair müzakirələr aparılıb.

 

Görüşdə  bildirilib ki, ABŞ  universitetlərinə müraciət edən tələbələr dünya səviyyəli təhsil almaq imkanı əldə edəcək və onlara  gələcək karyeralarının inkişafı üçün şərait də yaradılacaq.

 

Sonda tələbələrin sualları cavablandırılıb

 



17.11.2022 | 10:14