Azərbaycanlı tələbələr Dünya Robot Olimpiadasında qalib olub

Azərbaycan Texniki Universitetinin SABAH qrupunun “Platon Tesh” komandası Almaniyanın  Dortmund şəhərində keçirilən Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edib  və  dünya üçüncüsü adını  qazanıb. Komandanın üzvləri SABAH qrupunun informasiya texnologiyaları ixtisasının tələbələri Rüfət Şixiyev, Qabil Hüseynli,  həmçinin  Azərbaycan Dövlət Neft və Sənaye  Universitetinin tələbəsi Fərid Şixiyevdir. 

 

Qeyd edək ki, 56 ölkədən 78 komandanın və həmin komandaların tərkibində   2000-dən çox iştirakçının təmsil olunduğu Dünya Robot Olimpiadasında  birinci  yeri Hindistanın,  ikinci yeri isə Yunanıstanın komandası qazanıb.

 

Sifai SƏFƏROVA

 

 



21.11.2022 | 14:13