“Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Təhsil sistemləri və layihələrin idarə edilməsi fənni üzrə “Azərbaycan və Türkiyə təhsil sistemlərinin müqayisəli təhlili" mövzusunda keçirilən seminar-dərsə Türkiyə Təhsil Nazirliyinin mütəxəssisi, Azərbaycanda təhsil müşaviri vəzifəsində çalışmış Dr. Nihat Böyükbaş dəvət olunub.

 

Seminar-dərsdə Dr. Nihat Böyükbaş Türkiyədə həyata keçirilən müasir təhsil islahatları ilə Azərbaycanın təhsil uğurlarını müqayisəli paralellərlə təhlil edib və tələbələrin suallarını cavablandırıb.
Onlayn dərsdə filialın direktoru, dosent Yusif Alıyev, müəllimlər və Tədris şöbəsinin əməkdaşları iştirak ediblər.

 

Qeyd edək ki, filialın müəllimi, Türkiyənin Qazi Universitetinin doktorantı Şəhla İbişovanın  tədris etdiyi sözügedən fənn üzrə dərslərə hər mövzuya uyğun olaraq Türkiyənin təhsil sahəsində çalışan alim və mütəxəssisləri dəvət edilir.
 

 

 



28.11.2022 | 10:44