“Zəfər dasta­nı” esse müsabiqəsin­in nəticələri açıqla­nıb

​Bakı Dövlət Univers­itetinin (BDU) İctim­aiyyətlə əlaqələr və informasiya şöbəsin­in və Tələbə Həmkar­lar İttifaqı Komitəs­inin tələbələr arası­nda 8 Noyabr - Zəfər Günü münasibətilə elan etdiyi “Zəfər dastanı” mövzusunda esse müsabiqəsi başa çatıb. Müsabiqədə 44 tələbə iştirak edib. Təqdim olunmuş esselər Müsa­biqə komissiyası tə­rəfindən qiymətləndi­rilib.


Müsabiqə komissiyas­ının qərarı ilə I ye­rə Mexanika-riyaziyy­at fakültəsinin I ku­rs tələbəsi Günel Hüseynova, II yerə Fi­lologiya fakültəsinin II kurs tələbələri Zərintac Şükürzadə və Səbinə İslamova, III yerə Jurnalisti­ka fakültəsinin III kurs tələbəsi Nəzrin Gəncəliyeva və Tar­ix fakültəsinin II kurs​ tələbəsi Lalə Mollayevanın esseləri layiq görülüb.


Qalib gəlmiş tələbələr diplom və pul mükafatı ilə təltif edilib. Onların məqalələri BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində dərc olunacaq.

 



28.11.2022 | 13:08