“Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim

Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) ilə tələbələrin görüşü keçirilib.

 

Görüş zamanı AGMA-nın gənc müəllimlər üçün yaratdığı geniş fəaliyyət istiqamətləri barədə məlumat verilib. Çıxış edən AGMA-nın sədri Rüfət Əsədzadə  tələbələrə “Tələbə, məzun yox, təcrübəli məzun” mövzusunda təlim keçib.

Görüşdə “gencmuellim.az” platformasının əhəmiyyətindən bəhs olunub və bildirilib ki, platforma müəllimlərə davamlı öyrənmə imkanları yaradır. Hazırda platformada 3500-dən çox aktiv müəllim var və burada 18 müxtəlif kurs mövcuddur.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 



28.11.2022 | 14:10