ADNSU-da qida məhsullarının sərgisi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  Kimya texnologiya fakültəsinin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının təşkilatçılığı ilə qida təhlükəsizliyi ilə bağlı qida məhsullarının sərgisi keçirilib.

 

“Təcrübədən nəzəriyyəyə” adlı sərgidə Qida mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrdən ibarət 10 komandanın hazırladığı məhsullar iştirakçılara təqdim edilib.  Sərgidə ADNSU-nun rektoru, professor Mustafa Babanlı komandalarla və onların hazırladıqları qida məhsulları ilə tanış olub.

 

ADNSU-da belə bir sərginin ilk dəfə keçirildiyini deyən rektor M.Babanlı kafedranın və tələbələrin təşəbbüsünü yüksək qiymətləndirib. Qida təhlükəsizliyinin hər zaman aktual olduğunu bildirən rektor universitetdə bundan sonra da qida təhlükəsizliyi ilə bağlı tədbirlərin və bu cür sərgilərin keçirilməsinə dəstək veriləcəyini bildirib.

 



28.11.2022 | 16:13