Fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçənlərin nəzərinə!

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi başa çatıb. Ümumilikdə 45 000-ə yaxın şagird qeydiyyatdan keçib. 

  

Qeydiyyatdan keçən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin “Ümumi məlumatlar” hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər. Buraxılış vərəqələrinin əldə edilməsi ilə əlaqədar yaranmış çətinliklərlə bağlı +994 50 791 46 31 “WhatsApp” nömrəsinə yazılı şəkildə müraciət etmək mümkündür. 

  

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 24-də onlayn qaydada, digər fənlər üzrə isə dekabrın 25-də əyani şəkildə əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək. 

  

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün respublika fənn olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştiraklarının təmin edilməsidir. 

  

Respublika fənn olimpiadaları “Kapital Bank” ilə əməkdaşlıq əsasında həyata keçirilir.

 

 



29.11.2022 | 11:35