BDU-nun SABAH tələbələri “Kapital Bank”ın təcrübə proqramına seçiliblər

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Hüquqşünaslıq” ixtisasının IV kurs tələbələri Sultanə Sultan və Rüfət Nağıyev “Kapital Bank” ASC tərəfindən təşkil edilən “Bizdən biri” təcrübə proqramına seçiliblər. Hüquq təhsili alan 134 tələbə arasından seçilən tələbələr proqramda 3 ay təcrübə keçəcəklər.

 

Qeyd edək ki, “Bizdən biri” təcrübə proqramı çərçivəsində tələbələr müxtəlif sahələr üzrə müqavilələrin hazırlanması, hüquqi ekspertizanın aparılması qaydası ilə tanış olacaq, eləcə də hüquqi mövzuda müzakirələrdə iştirak edəcəklər.

 

 



30.11.2022 | 10:08