ADPU-da əməkdaşlar üçün keçirilən beynəlxalq təlim kursu başa çatıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin təşkilatçılığı ilə Yamayka və Karib hövzəsi regional institutlarında media dərəcəsini bitirmiş, Londonda nüfuzlu            UCL IOE-də magistr dərəcəsi və Honq Konq Universitetinin təhsil fakültəsində PhD dərəcəsi almış təlimçi Dr. Nadine Muschette tərəfindən 3 aylıq “Tədqiqat məqalələrinin yazılması və nəşri” mövzusunda təlim keçirilib. Təlimdə ADPU-nun professor-müəllim heyəti iştirak edib.

 

Təlimin əsas  mahiyyəti praktiki təlim və tədqiqat məqalələrinin yazılması və resenziyalı jurnallarda dərc olunması üçün iştirakçılara dəstək vermək, tədqiqat məqaləsinin hər bir bölməsi haqqında anlayışlarını gücləndirmək üçün AIMRDC (Abstrakt, Giriş, Metodologiya, Nəticələr, Müzakirə, Nəticə) məqalə strukturu ilə tanışlıq imkanı yaratmaqdır.  

 

Təlimin sonunda müdavimlər təlimçiyə qiymətləndirmə üçün məqalə təqdim edərək uyğun jurnalların seçilməsi ilə bağlı müzakirələr aparıblar.

 

 

 



30.11.2022 | 11:00