Macarıstanın ARCANUM şirkətinə MEK tərəfindən yeni nəşrlər göndərilib

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası  (MEK) ilə Macarıstanın ən böyük rəqəmsal dövri məlumat bazası olan ARCANUM arasında cari ilin aprel ayında əməkdaşlıq müqaviləsi imzalanıb.  İki tərəfdaş Azərbaycan elminə, mədəniyyətinə aid sənədlərin, xüsusilə də kitabların rəqəmsallaşdırılması istiqamətində əməkdaşlıq həyata keçirir.

 

Müqavilə çərçivəsində sözügedən məlumat bazasına 2022-ci ilin noyabr ayında MEK tərəfindən növbəti dəfə Azərbaycan alimlərinin əsərlərindən ibarət kitablar göndərilib. Həmin kitablar tarixi həqiqətləri, mədəniyyətimizə, incəsənətimizə aid məlumatları özündə əks etdirir. MEK-in fondlarında olan bu nəşrlərin Macarıstanın rəqəmsal dövri məlumat bazasında yerləşdirilməsi daha geniş oxucu auditoriyasına çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

 

Sonrakı mərhələ isə MEK tərəfindən 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində həyata keçiriləcək. Ümummilli lider Heydər Əliyevin çoxşaxəli siyasi irsini özündə əks etdirən nəşrlər ARCANUM rəqəmsal dövri məlumat bazasına təqdim ediləcək.

 



01.12.2022 | 10:25