Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkiyədə konfransın təşkilatçılarından biri oldu

Türkiyənin Burdur Mehmet Akif Ərsoy Universitetində keçirilən VI Beynəlxalq Elm və Təhsildə İnnovativ Texnologiyalar konfransının təşkilatçıları sırasında Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də olmuşdur.

 

Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) ideya müəllifi olduğu beynəlxalq tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov Azərbaycan üzrə sədr kimi,  Universitetin Elmi Tədqiqat Mərkəzinin elmi işçisi, fəlsəfə doktoru  Əlvan Cəfərov isə baş koordinator kimi  təmsil olunnmuşlar. İKSAD başkanı doktor Mustafa Lətif Əmək   konfrans iştirakçılarını salamlamışdır.

 

Konfransın plenar iclasında Mehmet Akif Ərsoy Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsi bağlanmışdır. Müqaviləni Burdur Mehmet Akif Ərsoy Universitetinin rektoru professor Adəm Korkmaz və Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov imzalamışlar.

 

Beynəlxalq konfransda  təhsil problemlərinə həsr olunmuş  600-dək məruzə onlayn (500)  və canlı (100) dinlənilmişdir.

 

Tədbir çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri  İsparta valisi  Aydın Baruş və İsparta Böyük Şəhər Bələdiyyəsinin sədri Şükrü Başdəgirmən ilə görüşlər keçirmiş, ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrdən danışılmışdır.

 

N.QƏDİMOĞLU



02.12.2022 | 16:05