“İnformasiyanın əldə edilməsində bərabərsizlik və davamlılıq”

Azərbaycan Texniki Universitetinin (AzTU) Kitabxana İnformasiya Mərkəzinin direktoru Xəyalə Hacıyeva, kitabxana işlərinin avtomatlaşdırılması və rəqəmsallaşdırılması üzrə baş məsləhətçi İltifat İbrahimov Anadolu Universitet Kitabxanaları Konsorsiumu tərəfindən Türkiyənin Antalya şəhərində keçirilən “İnformasiyanın əldə edilməsində bərabərsizlik və davamlılıq” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

 

Dünyanın müxtəlif ölkələrindən kitabxana və konsorsium nümayəndələri, akademik baza və kitabxana texnologiyaları şirkətlərinin əməkdaşları da daxil olmaqla, 500-ə qədər iştirakçının qatıldığı konfransın panel və sessiyalarında elektron xidmətlər, açıq əlyetərlilik bazaları, informasiyanın əldə olunmasında davamlılıq, davamlı rəqəmsal mühafizə, akademik resurslar, beynəlxalq verilənlər bazalarının idarəedilməsi, süni intellektin kitabxana işinə tətbiqi, beynəlxalq nəşriyyatlara abunəlik və digər mövzularda çıxışlar dinlənilib, stend təqdimatları izlənilib.

 

Səfər zamanı nümayəndə heyəti AzTU Kitabxana İnformasiya Mərkəzinin müasir standartlar səviyyəsində qurulması, həmçinin yeni əməkdaşlıq əlaqələrinin yaradılması istiqamətində görüşlər keçirib, faydalı müzakirələr aparıblar.  

 



04.12.2022 | 14:20