Rusiyanın tanınmış pianoçusu Andrey Diyevin ustad dərsi

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Rusiyanın Əməkdar artisti, Pyotr İliç Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professoru, Beynəlxalq müsabiqələr laureatı, tanınmış pianoçu  Andrey Diyevin ustad dərsi keçirilib.

 

Tədbirin əvvəlində Azərbaycanın Xalq artisti, BMA-nın beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova tanınmış pianoçu A.Diyevi ustad dərsin iştirakçılarına təqdim edib.  

 

A.Diyev dəyərli musiqiçilərlə bu musiqi ocağında görüşməkdən məmnun olduğunu bildirib.

 

Ustad dərsdə Bakı Musiqi Akademiyasının tələbələri - Fidan Raşidova (I kurs) Lüdviq Van Bethovenin 32 variasiyalar,  Ayan Aslanova  (II kurs) Robert Şumanın  "Детские сцены", Rəşad Ağayev  (III kurs) L.V.Bethovenin Sonata N.27 (l hissə), Nərminə İsmayılova (magistr I kurs)

 

Sergey Raxmaninovun Konsert N.2 (l hissə) əsərlərini ifa ediblər.

 

Dərs prosesində Andrey Diyev öz bilik və təcrübəsini tələbələrlə bölüşüb, gənc musiqiçilərə dəyərli məsləhət və tövsiyələr verib.

 



05.12.2022 | 11:07