UNEC-in gənc tədqiqatçısı Böyük Britaniya universitetindən ən yüksək göstərici ilə məzun oldu

UNEC Empirik Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Nicat Muradzadə dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsi sırasında yer alan Böyük Britaniyanın Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistr dərəcəsini ən yüksək göstərici ilə bitirib.

 

N.Muradzadə ali təhsil aldığı müddətdə universitetin üstün müvəffəqiyyət təqaüdü olan “Kansler təqaüdü”nə layiq görülüb. Yazdığı kurs işləri və dissertasiyası isə nümunəvi elmi əsər kimi universitet kitabxanasında saxlanılır. N.Muradzadə bundan öncə Türkiyənin İstanbul Universitetinin “Biznes və idarəetmə” ixtisası üzrə bakalavr dərəcəsini ilk üçlükdə tamamlayıb. O, bir kitabın, 4 elmi məqalənin, 2 konfrans materialının, bir neçə praktiki tövsiyənin, Azərbaycan və ingilis dillərində yerli və xarici mətbuatda dərc olunmuş çoxsaylı elmi-publisistik məqalənin müəllifidir.

 

 Bu barədə Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilib. 

 



05.12.2022 | 16:32