“21-ci əsrdə İsraildə təhsil. Daxildən baxış”

İsrailin Kaye Akademik Kollecinin Tədqiqat Komitəsinin rəhbəri, Bakı Dövlət Universitetinin (BDU) mexanika-riyaziyyat fakültəsinin məzunu, professor Mark Applebaum universitetin əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün “21-ci əsrdə İsraildə təhsil. Daxildən baxış” mövzusunda mühazirə deyib.

 

Qonaq İsrailin unikallığını qoruyan təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyasından danışıb. Müasir təhsil metodlarından istifadənin nəzəri və təcrübi məsələlərinə geniş toxunan tədqiqatçı-alim İsrail və digər ölkələrdəki pedaqoji yanaşma və təlim texnologiyalarının müqayisəli analizini aparıb. Eyni zamanda təhsildə geniş tətbiq edilən struktur və funksional komponentlərin öyrənilməsi, təlim texnologiyalarının müxtəlif yaş qruplarından olan təhsilalanların psixologiyası, bacarıqları və digər faktorlar nəzərə alınmaqla, tətbiqi kimi aktual problemlərin təhlilinə xüsusi diqqət yetirib.

 

Vurğulanıb ki, İsraildə tədris prosesinin idarə olunmasında bilikyönümlü və bacarıqyönümlü təlim texnologiyalarının özünəməxsusluğuna, yaratdığı təsirə böyük əhəmiyyət verilir.

 

Sonda professor Mark Applebaum çoxsaylı sualları cavablandırıb.

 



10.12.2022 | 13:27